Azərbaycan prezidenti İlham Əliyev Qax və Şəki şəhərlərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 6 mln. manat ayırmağı tapşırıb.
Prezident Qax və Şəki şəhərlərinin hər birində 48 mənzilli yaşayış binasının tikintisini həyata keçirməyi tapşırıb.
Bunun üçün Qax Rayon İcra Hakimiyyətinə və Şəki Şəhər İcra Hakimiyyətinə hər birinə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 mln. manat ayrılıb.
İ.Əliyevin müvafiq sərəncamları bazar ertəsi dövlət başçısının saytında dərc olunub. **
F.İsazadə