Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyev çərşənbə axşamı Bakıda keçirilən görüşdə nəqliyyat və tranzit sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Ş.Mustafayev qeyd edib ki, hazırda Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq bir neçə istiqamət üzrə inkişaf edir. Nəqliyyat-tranzit sahəsi bu əməkdaşlığın əsas istiqamətlərindəndir. “Hər iki ölkənin nəqliyyat-tranzit potensialı böyükdür və bu sahədə əlverişli infrastruktur yaradılıb”, - nazir bildirib.
Həmçinin, Ş.Mustafayev Azərbaycan-Türkmənistan marşrutunun təhlükəsiz və əlverişli olduğunu, bu marşrutdan digər ölkələrin də istifadə edə biləcəyini vurğulayıb.
Öz növbəsində, M.Çakıyev xüsusilə nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafı baxımdan əhəmiyyətli olacağını qeyd edib. **
B.Rüstəmbəyov