«Aqrolizinq» ASC 2,5 mln. manatdan çox məbləğdə mineral gübrə tədarükünü nəzərdə tutan müqavilə bağlayıb.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, «Aqrolizinq» ASC «Azfert» MMC ilə kalium sulfat və ammonium sulfatın tədarükü haqqında müqavilə bağlayıb.
Müqavilənin dəyəri 2 mln. 584 min manatdır.
«Aqrolizinq» ASC 2004-cü ilin oktyabr ayında yaradılıb və Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.*
B.Rüstəmbəyov