DövlətTurizm Agentliyixaricdə DTA-nın altı nümayəndəliyinin açılması və fəaliyyətinin təmin olunması məqsədilə şirkət seçir. Bu barədə Agentliyin elanında deyilir.
Seçim təkliflərin sorğusu üsulu ilə aparılır.
Müsabiqə 6 lotdan ibarətdir və DTA-nın Frankfurt (lot-1), Moskva (lot-20, Dubay (lot-3), Ər-Riyad (lot-4), Mumbay (lot-5) və Pekində (lot-6) nümayəndəliklərin açılışı və fəaliyyətinin təşkilində yardım edəcək şirkət seçimini nəzərdə tutur.
Şirkətlərdən tender təklifləri noyabrın 13-dək (12:00-dək) qəbul olunur.
Öncə DTA-nın baş müşaviri Florian Zenqstşmid bəyan edib ki, Azərbaycanın xaricdə turizm potensialının təbliğatı üçün Agentliyin Rusiya, Hindistan, Səudiyyə Ərəbistanı, Çin və BƏƏ-də nümayəndəlikləri açılacaq. **
Ə.Məmmədov