2019-cu il üçün dövlət büdcəsi layihəsini hazırlayarkən Maliyyə Nazirliyi yalnız neft bazarındakı vəziyyəti deyil, həm də bir sıra digər amilləri nəzərə alıb. Bunu maliyyə naziri Samir Şərifov deyib.
“2019-cu və gələn 3 il üçün (2020-2022-ci illər) dövlət büdcəsi layihəsini hazırlayarkən sadəcə neftin qiymətinin stabilləşməsi, hətta artımını deyil, həm də digər amilləri nəzərə almaq lazımdır”, - S.Şərifov bazar ertəsi parlament komitələri tərəfindən layihənin müzakirəsi zamanı bildiib.
Onun sözlərinə görə, xüsusilə, regional amilləri diqqətdə saxlmaq lazımdır, çünki qonşu dövlətlərin və əsas ticarət tərəfdaşlarının milli valyutalarının məzənnəsinin dəyişməsi Azərbaycanın ixrac potensialına mənfi təsir göstərir.
S.Şərifov qeyd edib ki, gələn il üçün dövlət büdcəsində neftin bir barelinin qiyməti $60 səviyyəsində götürülüb (2018-ci il üçün - bir barelinin qiyməti $55 götürülüb).
Azərbaycanın 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 22 mlrd. 917,5 mln. manat (2018-ci illə müqaayisədə artım 3,5%), xərcləri - 24 mlrd. 780,1 mln. manat (artım 7,3%) səviyyəsində proqnozlaşdrılır.
Gələn il Azərbaycan hökuməti dövlət büdcəsinin kəsirini 1 mlrd. 862,6 mln. manat və ya ÜDM-in 2,3% səviyyəsində proqnozlaşdırır.
Gəlirlərin strukturunda 59,8%-i və ya 13 mlrd. 700,3 mln. manatı neft sektoru, 40,2%-i və ya 9 mlrd. 217,2 mln. manatı - qeyri-neft sektorundan daxilolmalar hesabına təmin etmək planlaşdırılır. 2018-ci illə müqayisədə neft sektorundan daxilolmaların artımı 2,7%, qeyri-neft sektorundan - 4,7% səviyyəsində planlaşdırılıb.
Gələn ilə xərclər strukturunda 3 mlrd. 37,6 mln. manat və ya bütün xərclərin 12,2%-ni müdafiə, həmçinin 1,5 mlrd. manata yaxın vəsaiti - Silahlı Qüvvələrə, 157 mln. manatı - milli təhlükəsizliyə yönəltmək planlaşdırılır.
Bundan başqa, 3 mlrd. 871,8 mln. manat - ümumdövlət xidmətləri xərcləri, 2 mlrd. 274,6 mln. manat - təhsil, 1 mlrd. 48,3 mln. manat - səhiyyə, 2 mlrd. 553,4 mln. manat - sosial müdafiə və sosial təminat sahələrinə ayırmaq nəzərdə tutulur.
2019-cu ildə dövlət kapital qoyuluşları 6 mlrd. 825,2 mln. manat məbləğində nəzərdə tutulub.
Azərbaycanın 2018-ci il dövlət büdcəsinin gəlirləri 22 mlrd. 149 mln. manat, xərcləri 23 mlrd. 100 mln. manat məbləğində təsdiq edilib. Dövlət büdcəsinin kəsiri 951 mln. manat və ya ÜDM-in 1,3%-i səviyyəsində proqnozlaşdırılır.**
Ə.Məmmədov