Rəsmi Ankara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. “Anadolu” agentliyinin məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya münaqişələri, Krımın ilhaqı, Kipr məsələsi öz həllini gözləyir. Türkiyə bütün bu münaqişələrin sülh yolu ilə həllini dəstəkləyir”, - deyə o, Tokioda “Türkiyənin xarici siyasəti və Yaxın Şərqdəki vəziyyət” mövzusundakı seminarda bildirib.
Nazir Türkiyə ilə qonşu ölkələrdə münaqişələrin davam etdiyini vurğulayıb.
“Türkiyə çətin bölgədə yerləşir və buna baxmayaraq, ölkənin sabitliyini və iqtisadi inkişafını təmin edə bilmişik”, – deyə M.Çavuşoğlu qeyd edib.*
R.Babayev