Azərbaycan prezidenti İlham Əliyev Ağdam rayonunda 35 subartezian quyusunun layihələndirilməsi və qazılması üçün dövlət büdcəsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 2,5 mln. manat ayırmağı tapşırıb.
Bu addım Ağdam rayonunun əhalisi 26265 nəfər olan 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilir.
İ.Əliyev bazar ertəsi müvafiq sərəncam imalayıb. Sənəd dövlət başçısının saytında dərc olunub.
Vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq. **
Ə.Məmmədov