Bakıda Azərbaycan və Belarus hərbi ekspertləri arasında işçi görüşü keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Azərbaycan ilə Belarus arasında imzalanmış 2018-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin müvafiq qurumlarının ekspertləri arasında işçi görüşü keçirilir. Tərəflər qarşılıqlı təcrübə mübadiləsi məqsədilə mühəndis-texniki təminat üzrə müzakirələr aparacaqlar”, - məlumatda qeyd olunur.
İşçi görüşünoyabrın 8-dək davam edəcək. **
N.Abbasova