Azərbaycan prezidenti İlham Əliyev 2019-cu ilin birinci yarısında Çexiyaya rəsmi səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
“Gələn ilin birinci yarısında perezident İ.Əliyevin Çexiyaya rəsmi səfəri planlaşdırılır. Hazırda tərəflər səfərin tarixi və gündəliyini dəqiqləşdirirlər”, - mənbə qeyd edib.
Xəbər verildiyi kimi, öncə Çexiya prezidenti Miloş Zeman 2018-ci ilin aprel ayında İ.Əliyevi Azərbaycan prezidenti postuna təkrar seçilməsi münasibətilə təbrik edib və onu Praqaya səfərə dəvət edib. **
F.İsazadə