Azərbaycan prezidenti İlham Əliyev Respublika Talassemiya Mərkəzinin yeni nəsil sekvenləşdirmə sistemi ilə təmin olunması məqsədilə dövlət büdcəsindən Səhiyyə Nazirliyinə 1,8 mln. manat ayırmağı tapşırıb.
Vəsait “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq.
İ.Əliyevin müvafiq sərəncamı cümə axşamı dövlət bsaşçısının saytında dərc olunub. **
F.İsazadə