Azərbayacn prezidenti İlham Əliyev Bərdə şəhəri ərazisində Tərtər çayı üzərində qəzalı vəziyyətə düşmüş körpünün tikintisinin başa çatdırılması üçün dövlət büdcəsindən Avtomobil Yolları Dövlət Agentliyinə 4 mln. manat ayırmağı tapşırıb.
Vəsait "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölüşdürülməmiş hissəsinin obyektlər və istiqamətlər üzrə bölgüsü"ndən ayrılacaq.
İ.Əliyevin müvafiq sərəncamı cümə günü dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov