14.11.2018 12:55

Vergilər Nazirliyi Azərbaycanda Latviya Ticarət Evini qeydiyyata alıb

Vergilər Nazirliyi “Latviya Ticarət Evi” MMC-ni qeydiyyatdan keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilir.

Nazirliyin materiallarına əsasən, 25 sentyabr 2018-ci il tarixində 100 manat nizamnamə kapitalı ilə Azərbaycanda “Latviya Ticarət Evi” MMC qeydiyyata alınıb. MMC-nin rəsmi nümayəndəsi İlona Bojarinadır.

Bundan başqa, 21 sentyabr 2018-ci il tarixində Vergilər Nazirliyi 194,562 min manat nizamnamə kapitalı ilə “Şərab-Yardımçı” ASC-ni qediyyata alıb. Şirkətin rəsmi nümayəndəsi Tahir Rəhimovdur. **

Ə.Məmmədov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.