Prezident İlham Əliyev bu gün Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov prezidentə məlumat verib ki, vağzal kompleksinin sahəsi 5,5 min kvadratmetrdir.
Binada gözləmə zalı, əşyaların saxlanması kamerası yaradılıb və yaxın günlərdə burada ticarət mərkəzinin istifadəyə verilməsi planlaşdırılır. Bundan əlavə, kompleksdə 12 yol dəyişən quraşdırılıb, yeraltı piyada keçidi və platformaya yeraltı çıxış keçidi inşa edilib.
”Sonra prezident İ.Əliyev Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə Bakıya qayıdıb”, - deyə məlumatda qeyd olunur.*
F.İsazadə