Türk Şurası ölkələrinin gənclər nazirlərinin növbəti iclası dekabr ayının əvvəlində Qazaxıstanda keçiriləcək. Bu barədə Qazaxıstanın ictimai inkişaf nazirinin müavini Juldız Omarbekova məlumat verib.
"Türk Şurasının gənclər nazirlərinin üçüncü iclası dekabr ayının 5-də Astanda keçiriləcək", - deyə o, bu gün Bakıda keçirilən Azərbaycan-Qazaxstan Gənclər Forumunda bildirib.
Nazir müavini qeyd edib ki, Azərbaycan Qazaxıstan üçün həm strateji tərəfdaş, həm də qardaş dövlətdir.
"Azərbaycan və Qazaxıstan etibarlı tərəfdaş və müttəfiqdir", - deyə Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev vurğulayıb.
Onun sözlərinə görə, 2017-ci ilin sentyabr ayında Aktauda Xəzəryanı dövlətlərin forumu çərçivəsində iki ölkənin gənclər təşkilatları arasında sazişlərin imzalanması üçün şərait yaradılıb.
"Biz yaxın vaxtlarda iki ölkənin müvafiq idarələri arasında 2019-2020-ci illər üçün gənclər sahəsində Tədbirlər Planı imzalamağı nəzərdə tuturuq. Bu sənəd birgə layihə və proqramların reallaşdırılması üçün fundamental-normativ baza olacaq", - deyə İ.Babayev qeyd edib.*
R.Babayev