Azərbaycan “GUAM-ın rəqəmsal ticarət qovşağı”nın portalını hazırlayaraq test rejimində təqdim edəcək. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir.
Bu barədə qərar Bakıda GUAM Ticarət və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitənin 29-cu iclasında qəbul edilib.
İclas iştirakçıları gələcəkdə gömrük prosedurlarının sadələşdirilməsi və mal və nəqliyyat vasitələrinin GUAM-a üzv ölkələrin dövlət sərhədlərindən hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində işin davam etdirilməsi, GUAM çərçivəsində elektron-rəqəmsal imzanın tətbiqi və tanınması məqsədilə hüquqi bazanın yaradılması imkanlarının nəzərdən keçirilməsi barədə razılığa gəliblər.
İclasda çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev GUAM çərçivəsində əməkdaşlığın beynəlxalq ticarətin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Rəhbəredici Komitənin növbəti iclası Gürcüstanda keçiriləcək.*
R.Babayev