Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2018-ci ilin yanvar-sentyabr aylarında 12 mlrd. 269 mln. manat məbləğində qiymətli kağızların dövlət qeydiyyatını həyata keçirib. Bu barədə MBNP-nin məlumatında deyilir.
Bu dövrdə palata 57 emitent tərəfindən 960,9 mln. manat məbləğində səhmlərin buraxılışını qeydiyyata alıb (2017-ci ilin 9 ayı ərzində 40 emitent tərəfindən 2 mlrd. 252 mln. 634,835 min manatlıq səhm).
Banklar 560 mln. manat məbləğində 11, sığorta şirkətləri 50,8 mln. manat məbləğində 2, digər təşkilatlar isə 350,2 mln. manat məbləğində 44 səhm emissiyası həyata keçirib.
2017-ci ilin 9 ayı ərzində banklar tərəfindən 1,2 mlrd. manat məbləğində 13, sığorta şirkətləri tərəfindən 54,7 mln. manat məbləğində 2 səhm emissiyası həyata keçirilib.
Bundan əlavə, 2018-ci ilin yanvar-sentyabr aylarında 40 emitent tərəfindən 979,2 mln. manat məbləğində korporativ istiqrazların qeydiyyatı aparılıb. Hesabat dövründə kredit təşkilatları tərəfindən 108 mln. manat, digər təşkilatlar tərəfindən 871,2 mln. manat məbləğində istiqrazların emissiyası qeydiyyata alınıb.
Cari ilin yanvar-sentyabr aylarında 9 mlrd. 978 mln. manat məbləğində dövlət qiymətli kağızlarının və 351,4 mln. manat məbləğində veksellərin dövlət qeydiyyatı aparılıb.*
A.Əzizov