28.11.2018 10:23

Vergilər Nazirliyi $72 min məbləğində kapital ilə şirkəti qeydiyyata alıb

Vergilər Nazirliyi oktyabr ayında $72 min məbləğində nizamnamə kapitalı ilə «Caspian International Group» MMC-ni qeydiyyata alıb.

Nazirliyin materiallarına əsasən, şirkətin rəsmi nümayəndəsi Yəmən vətəndaşı Ərəb Şakər Hüseyn Məhəmməddir.

Bundan əlavə, oktyabr ayında nazirlik 40 min manat məbləğində nizamnamə kapitalı ilə «Azvinil» MMC-ni (rəsmi nümayəndə - Ayaz İsmayılov); 20 min manat məbləğində nizamnamə kapitalı ilə «Electro Service» MMC-ni (rəsmi nümayəndə - Fuad Məmmədov); 20 min manat məbləğində nizamnamə kapitalı ilə «Ganga Group» MMC-ni (rəsmi nümayəndə - Hindistan vətəndaşı Sureşkumar Sukeş) qeydiyyata alıb .

O cümlədən, nazirlik “Caspian Oil” MMC-nin filialını qeydiyyata alıb (rəsmi nümayəndə - Qoşqar Əhmədov).

Eyni zamanda, Vergilər Nazirliyi qanunvericiliyin tələblərinə görə, bu şirkətlərin səhmdarları və təsisçilərini qeyd etmir. **

A.Əzizov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.