Kiyevdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə İşçi Qrupun 23-cü iclasında GUAM ölkələrinin limanlarında səhra təlimlərinin keçirilməsi imkanları müzakirə edilib. Bu barədə təşkilatın saytında məlumat verilir.
Kiyevdə GUAM-ın Katibliyində Azərbaycan tərəfinin sədrliyi ilə İşçi Qrupun 23-cü iclası keçirilib.
İclasda GUAM ölkələrinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində həyata keçirdikləri tədbirlər, milli qanunvericilikdə dəyişikliklər və operativ vəziyyətlə bağlı məlumat mübadiləsi aparılıb.
İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edib.*
R.Babayev