Milli Məclis cümə günü keçirilən plenar iclasda 2019-cu il dövlət büdcəsinin layihəsini III oxunuşda qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verir.
2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 23 mlrd. 168 mln. manat, xərcləri üzrə proqnoz 25 mlrd. 190 mln. manat təşkil edir. Beləliklə, gələn ilin dövlət büdcəsi kəsirinin 2 mlrd. 22 mln. manatadək və ya ÜDM-nin 2,5%-i səviyyəsində artırılması təklif olunub.
2019-cu il dövlət büdcəsində neftin qiyməti 1 barrel üçün 60 dollardan (2018-ci il dövlət büdcəsində $55,1) hesablanıb.
Azərbaycanın 2018-ci il dövlət büdcəsinin gəlirləri 22 mlrd. 149 mln. manat, xərcləri 23 mlrd. 100 mln. manat məbləğində təsdiq edilib. Dövlət büdcəsinin kəsiri 951 mln. manat və ya ÜDM-in 1,3%-i səviyyəsində proqnozlaşdırılır.**
R.Babayev