Azərbaycan, İran, Rusiya və Türkiyə İKT nazirlərinin növbəti görüşü 2019-cu ilin fevral ayında keçiriləcək. Bu barədə RF Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Media Nazirliyinin məlumatında deyilir.
«Rəqəmsal inkişaf, rabitə və kütləvi media naziri Konstantin Noskov Bakıda Azərbaycan, İran və Türkiyə İKT nazirlərinin dördtərəfli görüşündə iştirak edib. İştirakçılar İKT sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər», - deyə məlumatda bildirilir.
Nazirlər startap-ekosisteminin inkişafı, peyk xidmətləri, kibertəhlükəsizlik, poçt xidmətləri sahəsində qarşılıqlı fəaliyyət, eləcə də aktual əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıb, əməkdaşlığın möhkəmləndirilməsi barədə razılığa gəliblər. Bundan əlavə, startapların təşviqi üzrə birgə konsorsiumun yaradılması imkanları da müzakirə olunub.
«Növbəti görüşün 2019-cu ilin fevral ayında keçirilməsi barədə razılıq əldə edilib», - deyə məlumatda qeyd olunur.*
A.Əzizov