Azərbaycanın gömrük orqanları 125 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin saytında məlumat verilir.
“Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil Gürcüstandan qayıdarkən "Qırmızı Körpü" gömrük postunda saxlanılıb. Nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş çox sayda mobil telefon aşkar edilib”, - DGK-nin məlumatında deyilir.
Gömrükçülər avtomobilin salonunda 1 ədəd "Samsung", 56 ədəd "X-inova", 28 ədəd "NYHN", 21 ədəd "Kgtel" və 19 ədəd "Odscn" markalı mobil telefonlar aşkar ediblər. **
F.İsazadə