14.12.2018 14:43

Çavuşoğıu: Türkiyə Qarabağ məsələsində Azərbaycana dəstəyini davam etdirəcək

Anakara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Bakıya dəstəyi davam etdirəcək. Bunu Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həlli ilə bağlı bundan sonra da güclü dəstək verəcək”, - M.Çavuşoğlu cümə günü Bakıda prezident İlham Əliyevlə görüşdə bildirib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.

Nazir qeyd edib ki, Azərbaycan və Türkiyə hər zaman biri-birini dəstəkləyib.

Öz növbəsində, İ.Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ədalətli mövqeyinin dəstəyinə görə Türkiyə tərəfinə minnətdarlığını bildriib.

Həmçinin, M.Çavuşoğlu Bakı və Ankaranın iştirakı ilə həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb.

İ.Əliyev Bakı və Ankara arasında ikitərəfli əlaqələrin yüksək səviyyəsini qeyd edib və bildirib ki, Azərbaycan və Türkiyənin birgə reallaşdırdığı TANAP, TAP, Bakı-Tbilisi-Qars və eləcə də digər layihələr dünya üçün böyük əhəmiyyət daşıyır.

“Görüşdə ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı”, - məlumatda qeyd olunur. **

R.Babayev


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.