2019-cu ildə Azərbaycanda şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə 800 mənzil veriləcək. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Bu il 626 şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən mənzillər verilib və gələn il ən azı 800 mənzil veriləcək”, - İ.Əliyev bazar ertəsi Bakıda hərbçilərin bir qrupuna mənzillərin orderlərinin təqdim olunması mərasimində bildirib.
Dövlət başçısı vurğulayıb ki, bu kateqoriyadan olan insanlar, eyni zamanda, dövlət tərəfindən minik avtomobilləri ilə təmin olunurlar.
“O cümlədən, bu il 5,8 min köçkün ailəsi yeni evlərlə, mənzillərlə təmin edilib. Bu, son illərdə rekord göstəricidir. Biz bu siyasəti gələn il də davam etdirəcəyik”, - İ.Əliyev bildirib. **
F.İsazadə