2018-ci ilin əvvəlindən Azərbaycanda sahibkarlara 1453 mln. manat məbləğində güzəştli kredit verilib. Bu barədə Sahibkarlığın İnkişafı Fondunun icraçı direktoru vəzifəsinin icraçısı Arif Vəliməmmədov məlumat verib.
Onun sözlərinə görə, indiyədək investisiya layihələrinin ümumi dəyəri 5,5 mlrd. manat ümumi məbləğdə 36 minədək sahibkara 2,2 mlrd. manat güzəştli kredit verilib. Bu kreditlərdən reallaşdırılması nəticəsində 164 min yeni iş yerinin açılması imkanı yaradılıb.
B”ağçılığın inkişafına dövlət dəstəyi tədbirləri çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 6,584 min ha sahədə 25 bağçılıq və tingçilik təsərrüfatına 45,5 mln. manat güzəştli kredit verilib. Bundan əlavə, İqtisadiyyat Nazirliyi tərəfindən intensiv bağçılığın inkişafı ilə bağlı ümumi dəyəri 160,5 mln. manat olan 26 layihəyə investisiya təşviqi sənədi təqdim olunub”, - A.Vəliməmmədov bildirib.
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib.
2018-ci ilin oktyabr ayında SİF xətti ilə sahibkarlara kreditlərin verilməsinə başlanıb. Kreditlər 5 min manatdan 50 min manatadək (3 il müddətinə, 50 min manatdan 1 mln. manatadək (5 il müddətinə) və 1 mln. manatdan 10 mln. manatadək (10 il müddətinə) verilir. Kreditlər üzrə dərəcə - illik 5% təşkil edir.
2018-ci ildə güzəştli kreditləşmənin həcmi ən azı 170 mln. manat həcmində planlaşdırılır. **
B.Rüstəmbəyov