Vergilər Nazirliyi 2018-ci ilin oktyabr ayında $100 min məbləğində nizamnamə kapitalı ilə “Caspian GEO” MMC-ni qeydiyyata alıb.
Nazirliyin materiallarına əsasən, MMC oktyabrın 25-də qeydiyyatdan keçib.
Eyni zamanda, nazirlik MMC-nin təsisçilərini qeyd etmir. Lakin, 6 nəfərdən ibarət Müşahidə Şurasının üzvləri qeyd olunub. Onların arasında SOCAR şirkətinin iki vitse prezidenti yer alır – Yaşar Lətifov (Yataqların işlənməsi üzrə vitse-prezident) və Bəhram Hüseynov (Geologiya və geofizika məsələləri üzrə vitse-prezident).
Bundan əlavə, Vergilər Nazirliyi oktyabr ayında xarici şirkətlıərin 3 filialını qeydiyyata alıb : “İraq Hava Yolları”, «Cedars Solutions FZE» və «Harrington Petroleum Limited». **
A.Əzizov