2018-ci ilin yanvar-oktyabr aylarında Vergilər Nazirliyi ötən ilin analoji dövrü ilə müqayisədə səyyar yoxlamaların sayını 3 dəfə azaldıb. Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov məlumat verib.
“2018-ci ilin 10 ayı ərzində səyyar yoxlamaların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 3 dəfə azalıb. Cari il səyyar yoxalamalar Azərbaycanda qeydiyyatdan keçən 300 vergi ödəyicinin orta hesabla birini əhatə edib”, - S.Ələkbərov ATV telekanalında “İqtisadi zona” verlişinin efirində bildirib.
Xəbər verildiyi kimi, 2017-ci ildə nazirliyin səyyar yoxlamaları 5,878 min vergi ödəyicisini (2016-cı illə müqayisədə azalma 17,3% - İF), həmçinin 4,351 min hüquqi və 1,527 min fiziki şəxsi əhatə edib. **
A.Əzizov