Azərbaycana qış fəsli dekabrın 22-də daxil olacaq. Bu barədə AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib.
“Qış fəsli Azərbaycana dekabrın 22-si saat 2:22-də gələcək. Həmin tarixdə payız fəsli yerini qış fəslinə verəcək”, - X.Mikayılov qeyd edib. **
R.Babayev