2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 474,6 mln. manat və ya ÜDM-in 0,7%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Maliyyə Nazirliyinin operativ məlumatına görə, cari ilin yanvar-noyabr ayları ərzində dövlət büdcəsinin gəlirləri 20 mlrd. 144,7 mln. manat (ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə artım 36,6%), xərcləri 19 mlrd. 670,1 mln. manat (artım 27,2%) təşkil edib”, - deyə məlumatda bildirilir.
11 ay ərzində Azərbaycanın nominal ÜDM-i 72 mlrd. 432,1 mln. manat təşkil edib.
Azərbaycanın 2018-ci il dövlət büdcəsinin gəlirləri 22 mlrd. 149 mln. manat, xərcləri 23 mlrd. 100 mln. manat məbləğində təsdiq edilib. Dövlət büdcəsinin kəsiri 951 mln. manat və ya ÜDM-in 1,3%-i səviyyəsində proqnozlaşdırılır.**
B.Rüstəmbəyov