Azərbaycan Beynəlxalq Bankı (ABB) çirkli pul yuyulması və terrorun maliyyələşdirilməsi hallarına qarşı FİCO TONBELLER proqram təminatından istifadə edəcək. Bu barədə FİCO şirkətindən məlumat verilir.
“ABB uyğunluq risklərindən boyun qaçırmaq üçün “Siron” modullarından, o cümlədən müştərilərin davranışına və transaksiyalara nəzarət, müştərilərinin scrinninqi və risklərinin qiymətləndirilməsi, transaksiyaların cari vaxt üzrə scrinninqi üçün istifadə edəcək. Yeni proqram təminatı sayəsində bank mürəkkəb ssenarilər, süzgəçlər, o cümlədən açar söz və meyarlar yarada biləcək”, - məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, ABB-ninn idarəçi direktoru Fuad İslamovun sözlərinə görə, dünya maliyyə bazarlarının cari vəziyyətini, çirkli pulların yuyulması və terrorun maliyyələşdirilməsi ilə bağlı risklərin artmasını nəzərə alaraq bankı bu cür riskləri minimuma endirmək və həmkarları ilə əməkdaşlığı təmin etmək istiqamətində addımlar atıb.” Çirkli pul yuyulması və terrorun maliyyələşdirilməsi hallarına qarşı proseslərin avtomatlaşdırılması üzrə həllər bazarı ətraflı araşdırdıq və FİCO TONBELLER ilə çalışmağa şadıq”, - o bildirib.
ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. Bankın əsas səhmdarı Maliyyə Nazirliyidir. **
Ə.Məmmədov