Dünya Bankı Azərbaycan hökumətinə təhsil və səhiyyə sahələrinin maliyyələşdirilməsini artırmağı tövsiyyə edir.
“Kifəyt həcmdə gəlirlərə malik dövlət olan Azərbaycanda təhsil və səhiyyə sahələri lazımi səviyyədə maliyyələşdirilmir”, - Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru Navid Hasan Naqvi cümə axşamı Bakıda keçirilən İnsan Kapitalı Forumunda bildirib.
Onun sözlərinə görə, təhsil və səhiyyə sahələrinin maliyyələşdirilməsinin optimal səviyyəsi ÜDM-in 5-6%-dir.
“Azərbaycanda isə təhsilə büdcə xərcləri ÜDM-in cəmi 2,8-3%-ni, səhiyyə sahəsinə daha az –ÜDM-in cəmi 1,4%-ni təşkil edir. Bu səbəbdən qeyd olunan sahələrin maliyyələşdirilməsini tövsiyyə edirik”, - N.H.Naqvi qeyd edib. **
R.Babayev