Prezident İlham Əliyev bu gün “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nı təsdiq edib.
Müvafiq fərman dövlət başçısının saytında dərc olunub.
Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinə tabeliyində olan “Aqrolizinq” ASC-nin sərəncamındakı əmlakın beynəlxalq nüfuzlu auditor təşkilatı cəlb edilməklə qiymətləndirilməsini təşkil etmək və qiymətləndirmənin nəticəsinə əsasən, cəmiyyətin yeni balansı barədə məlumatı Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etmək tapşırılıb.
Əmlak Məsələləri Dövlət Komitəsi Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılan ardıcıllıqla cəmiyyətin aqrotexniki xidmət sahələrinin (rayon filialları) özəlləşdirilməsini həyata keçirməlidir.*
Ə.Məmmədov