Prezident İlham Əliyev dekabrın 27-də “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nı təsdiq edib.
Müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.
Proqramın məqsədi Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltməkdir.
Sərəncama uyğun olaraq Nazirlər Kabinetinə mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görmək tapşırılıb.*
Ə.Məmmədov