2019-cu ildə ilk Günəş tutulması yanvarın 6-da baş verəcək. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadən məlumat verir.
“Günəş tutulması yanvarın 6-da baş verəcək və Bakı vaxtı ilə saat 3:34-dən 7:49-dək davam edəcək”, - deyə məlumatda qeyd olunur.
Bu təbiət hadisəsi Şimal-Şərqi Asiya, Sakit okeanının şimal hissəsi - Vladivostok, İrkutsk, Maqadan, Ulan-Bator, Pekin və digər ərazilərdən aydın görünəcək.*
R.Babayev