Bu gün səhər saatlarında Stavropol diyarında “Azərbaycan-Moskva” marşrutu ilə Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobusun aşması nəticəsində xəsarət alan daha iki sərnişin xəstəxanaya yerləşdirilib. Bu barədə “İnterfaks”a Yol Hərəkətinin Təhlükəsizliyi Dövlət Müfəttişliyinin Diyar İdarəsindən məlumat verilib.
“Yaralıların sayı 8 nəfərdir, 2 nəfər ağır travma alıb. Yaralılar Levokumski və Budyonnovski rayon xəstəxanalarına yerləşdiriliblər. Bütün yaralılar Bakı sakinidir”, - deyə İdarənin nümayəndəsi bildirib.
İlkin məlumatlara görə, hadisə mikroavtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib.
Mikroavtobusda 13 nəfər olub.
Hadisənin səbəbləri araşdırılır.*