Azərbaycanın gömrük orqanları 220 qrama yaxın ümumi çəkidə zərgərlik məmulatlarının qanunsuz yolla ölkə ərazisindən çıxarılmasının qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilir.
“Bakı-Moskva aviareysilə gedən Rusiya Federasiyasının vətəndaşı gömrük nəzarəti zonasından keçəndən sonra saxlanılıb. Bundan sonra sərnişinin üzəri təkrar cihazla yoxlanılıb və daxili orqanında bəyan olunmayan brilyant qaşlarla zərgərlik məmulatları aşkar edilib”, - məlumatda qeyd olunur.
Xüsusilə, sərnişinin daxili orqanından 2 ədəd kiçik həcmli kisələr müəyyən edilib. Həmin kisələrə ayrı-ayrılıqda baxış keçirilərkən qızıldan hazırlanmış zərgərlik məmulatları - 5 ədəd boyunbağı, 5 ədəd üzük-sırğa cütü dəsti, 1 ədəd kulon-üzük-sırğa cütü dəsti, 750 və 583 əyarlı qızıldan hazırlan 4 cüt sırğa və 1 ədəd üzük aşkar edilib. Məmulatların üzərlərində brilyant qaşlar olub.
“Aşkar olunan zərgərlik məmulatları ıb və ümumi çəkisi 219,98 qram təşkil edir”, - DGK-dan bildiriblər. **
R.Babayev