Azərbaycan Ordusunun Əfqanıstandakı bir qrup sülhməramlısı Bakıya qayıdıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb”, - deyə məlumatda bildirilir.
Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu “Qətiyyətli Dəstək” missiyasında iştirak edir.*
F.İsazadə