"Bakı Metropoliteni" QSC avtomobil, maşın və mexanizmlər üçün ehtiyat hissələrinin tədarükçüsünü seçib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
Yük və minik avtomobil təkərlərinin satınalınması üzrə açıq tenderin qalibi "GRAND MOTORS" MMC olub. Şirkət ilə 449,178 min manat məbləğind müqavilə imzalanıb.
"Nəqliyyat Təmir-təchizat" MMC avtomobil, maşın və mexanizmlər üçün ehtiyat hissələrinin satın alınması üzrə tenderin qalibi olub. Şirkətlə 1 mln. 626,492 min manat məbləğində müqavilə imzalnıb.
İmzalanan müqavilələrin ümumi məbləği 2 mln. 75,67 min manat təşkil edib.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 25 stansiyadan ibarətdir. 2017-ci ilin sonuna sərnişin daşımalarının illik həcmi 228,8 mln. nəfər təşkil edir.**
B.Rüstəmbəyov