2018-ci ilin dekabr ayında Azərbaycanda inflyasiya noyabr ayında qiymətlərin 0,6% artımına qarşı 0,8% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2018-ci ilin dekabr ayında inflyasiya 0,8% təşkil edib. Bundan başqa, ərzaq mallarının qiyməti 1,7%, qeyri-ərzaq mallarının qiyməti 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% bahalaşıb”, - deyə məlumatda bildirilir.
Dekabr ayının sonuna Azərbaycanda orta illik inflyasiya 2,3% (noyabrın sonuna - 2,3%), o cümlədən ərzaq məhsulları üzrə orta illik inflyasiya 1,7%, qeyri-ərzaq malları üzrə 2,6%, xidmətlər üzrə 2,7% təşkil edib.
Azərbaycan hökuməti 2018-ci ildə orta illik inflyasiyanı 3,1% səviyyəsində proqnozlaşdırıb.
2017-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 12,9% təşkil edib.*
B.Rüstəmbəyov