1 yanvar 2019-cu il tarixinə Azərbaycanda 166,89 “Elektron imza” (“E-imza”) sertifikatı istifadəyə verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
“1 yanvar tarixinə olan vəziyyətə görə, 41,612 min hüquqi şəxslər üzrə, 34,072 min fiziki şəxslər üzrə, 91,206 min dövlət qurumları üzrə “E-imza” sertifikatı verilib”, - nazirlikdən bildiriblər.
2018-ci ildə Azərbaycanda istifadəyə verilən “E-imza” sertifikatlarının sayı 39,748 min olub, bu da 2017-ci ilin göstəricisindən 49,6% çoxdur. Həmçinin hesabat dövründə sertifikatlardan 14,9 mini hüquqi şəxslərin, 9,594 mini fiziki şəxslərin, 15,254 mini dövlət qurumlarının payına düşüb.
1 yanvar tarixinə dövlət qurumları tərəfindən 35 mln. 332,921 min, hüquqi və fiziki şəxslər tərəfindən 9 ml. 990,461 min autentifikasiya və elektron imza əməliyyatı aparılıb.
“Eyni zamanda, 2018-ci il ərzində 15 mln. 451,832 min əməliyyat aparılıb. Onlardan dövlət qurumlarının payına 12 mln. 127,063 min, hüquqi və fiziki şəxslərin payına isə 3 mln. 324,769 min autentifikasiya və elektron imza əməliyyatı düşüb”, - məlumatda vurğulanır. **
N.Abbasova