Bakı və İrəvan Dağlıq Qarabağ münaqişəsinin yeganə tərəfləridir. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Ermənistanın yeni rəhbərliyi ilk mərhələdə danışıqlardan (Dağlıq Qarabağ münaqişəsinin həlliə dair - İF) boyun qaçırmağa çalışırdı. Azərbaycanın Dağlıq Qarabağın qondarma törəməsi ilə danışıqlar aparmalı olmasına dair bəyanatlar səslənirdi”, - İ.Əliyev cümə günü Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Prezident qeyd edib ki, Bakı İrəvanın bu cəhdlərini rədd edib.
Onun sözlərinə görə, münaqişənin həllinin vasitəçiləri həmçinin Ermənistanın yeni hakimiyyətinin bu cür yanaşmasını dəstəkləyə bilməzdilər, nəticədə danışıqlar prosesi dayandırıldı.
“Nəticədə, danışıqlar Azərbaycan və Ermənistan arasında aparılır. Danışıqlar prosesi üçün yalnız bu cür format məqbuldur”, - Azərbaycan prezidenti vurğulayıb. **
F.İsazadə