Cənubi Koreya Azərbaycana texniki yardım göstərəcək. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilir.
“Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında Qrant Yardımına dair Çərçivə Sazişi imzalanıb. Sənədi İqtisadiyyat naziri Şahin Mustafayev və Koreya Respublikasının Bakıdakı səfiri Kim Tonq Op imzalayıblar”, - nazirliyin məlumatında deylir.
Ş.Mustafayev səfir ilə görüşzə qeyd edib ki, Azərbaycan və Koreya arasında 57 sənəd imzalanıb. “Azərbaycanda 74 Koreya şirkəti qeydiyyatdan keçib, onların bir hissəsi dövlət əsaslı layihələrdə podratçı qismində iştirak edirlər. Koreya tərəfindən Azərbaycan iqtisadiyyatına 180 mln. dollar, Azərbaycan tərəfindən isə Koreyaya 474 mln. dollar investisya yatırılıb”, - nazir vurğulayıb.
Həmçinin, Ş.Mustafayev bildirib ki, 2018-ci ilin 11 ayında ticarət dövriyyəsi 2 dəfə artıb.
Eyni zamanda, nazir bəyan edib ki, tərəflər arasında sənaye, tranzit, investisiya, maliyyə, turizm, ticarət və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları mövcuddur.
Öz növbəsində, Kim Tonq Op Koreyanın Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, imzalananan aazişin bu baxımdan əhəmiyyətini qeyd edib. **
B.Rüstəmbəyov