Azərbaycan və Zimbabve prezidentləri İlham Əliyev və Emmerson Mnanqaqva siyasi və ticarət-iqtisadi əlaqələri inkişaf etdirmək niyyətində olduqlarını bəyan ediblər. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.
“Biz ticarət münasibətlərimizin genişləndirilməsi üçün imkanları, həmçinin siyası sahədə qarşılıqlı fəaliyyətimizə aid məsələləri nəzərdən keçirəcəyik”, - deyə İ.Əliyev zimbabveli həmkarı ilə danışıqlar zamanı vurğulayıb.
E.Mnanqaqva Bakı və Harare arasında qarşılıqlı siyasi münasibətlərin qurulmasına ümidvar olduğunu deyib.
“Xüsusilə biz iki ölkə arasında iqtisadi əməkdaşlığı təşviq etmək, həmçinin əməkdaşlıq aparılacaq digər sahələri və ölkələrimiz arasında ticarətin aparılacağı sahələri tədqiq etmək istəyirik”, - deyə o vurğulayıb.*
R.Babayev