Azərbaycan prezidenti İlham Əliyev cümə günü Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında fərman imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Fərmana əsasən, qaydalar ölkədə əhalinin yaşayış sahəsi ilə təminatı mexanizmlərinin təkmilləşdirilməsi, satmaq öhdəliyi ilə kirayə hüquq münasibətlərinin inkişafının təmin edilməsi məqsədiləyaradılır.
Fərmandan irəli gələn məsələlərin həlli İpoteka və Kredit Zəmanət Fonduna həvalə olunur. **
Ə.Məmmədov