Prezident İlham Əliyev çərşənbə axşamı Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında uzunmüddətli ticarət-iqtisadi əməkdaşlıq haqqında sazişi təsdiq edib.
Həmçinin İ.Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019−2021-ci illər üçün ticarət-iqtisadi Əməkdaşlıq Proqramını, o cümlədən Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sənaye sahəsində əməkdaşlıq haqqında sazişi təsdiq edib.
Eyni zamanda, dövlət başçısı Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019−2022-ci illər üçün nəqliyyat sahəsində Əməkdaşlıq Proqramını, Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iki ölkənin limanları vasitəsilə dəniz nəqliyyatı ilə beynəlxalq daşımaların inkişafı haqqında sazişi, Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkmənistan Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında sazişi təsdiq edib.
Sənədlər İ.Əliyevin 22 noyabr 2018-ci il tarixində Türkmənistana rəsmi səfəri zamanı imzalanıb. **
F.İsazadə