Dağıstan, İran və Azərbaycan kruiz gəmiçiliyini birgə inkişaf etdirməyi planlaşdırır. Bu barədə Dağıstanın turizm və xalq bədii sənətkarlıq Nazirliyinin mətbuat xidməti məlumat verir.
“Yanvarın 23-dən 29-dək Madriddə keçirilən “Fitur-2019” Beynəlxalq Turizm sənayesi sərgisində İran və Dağıstan nümayəndələri arasında bu məsələyə dair danışıqlar baş tutub”, - məlumatda deyilir.
Nazirlik artıq kruiz gəmiçiliyinin inkişafı məqsədilə hazırlıq işləri həyata keçirib.
Bundan əlavə, bu il Xəzər dənizi sahilində dəniz turizminin inkişafına həsr olunan Beynəlxalq dəniz forumunun keçirilməsi təklifi hökumətə təqdim olunacaq.
“Ötən illər ərzində İran və Azərbaycanla kruiz gəmiçiliyin inkişafına dair ilkin razılıqlar əldə olunub. Hazırda işi ölü nöqtədən tərpətməyə çalışırıq. Həllik İranla ilkin danışıqlar aparılıb. Daha sonra Dağıstanın turizm Nazirliyi hər iki dövlətin nümayəndələri ilə təkrar danışıqlar aparacaq”, - nazirlikdən “İnterfaks-Cənub” agentliyinə bildiriblər. **