Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının idarə olunmasından gəlirləri $115 mln. təşkil edib. Bu barədə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov cümə günü mətbuat konfransında bəyan edib.
“2018-ci ildə Azərbaycanın valyta ehtiyatları təqribən $300 mln. artıb. Eyni zamanda, ehtiyatların artımı AMB tərəfindən valyuta alışı ilə əlaqədar deyil, bu cür əməliyyatlar həyata keçirməmişik”, - E.Rüstəmov bildirib.
Onun sözlərinə görə, 2018-ci ildə AMB-nin ehtiyatlarının artımı 3 mənbə ilə bağlı olub: valyuta ehtiyatlarının idarə olunmasından – 115 mln. manat, böhran dövründə banklara göstərilən svop əməliyyatlar üzrə qaytarılan vəsait - 1/3 ($100 mln.-a yaxın), qalanı beynəlxalq maliyyə təsisatları ilə (Dünya Bankı, Asiya İnkişaf Bankı) əməliyyatlar çərçivısində likvidliyin təminatından.
E.Rüstəmov vurğulayıb ki, 2018-ci ildə AMB-nin valyuta ehtiyatları 5,4% artıb ($5 mlrd. 622,5 mln.-a qədər - İF).
AMB-nin 2019-cu ildə valyuta ehtiyatlarına dair proqnozuna gəlincə isə, E.Rüstəmovun sözlərinə görə, AMB-nin hədəfi ehtiyatları artırmaqdan ibarət deyil. “Valyuta ehtiyatlarının artırılması bazara əlavə manat kütləsinin çıxarılması deməkdir. Bu isə, öz növbəsində, inflyasiya risklərini atrıra bilər”, - o qeyd edib.
Sədrin rəyinə görə, AMB-nin valyuta ehtiyatlarının həcmi bir neçə ay əzrində ölkənin idxalını ödəmək üçün kifayət səviyyədə olmalıdır. “Hazırda bu həcm tələblərə tam cavab verir”, - E.Rüstəmov əlavə edib.**
Ə.Məmmədov