2018-ci ildə Azərbaycanda banklar xarici valyuta ilə mübadilə əməliyyatlarını artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
AMB-nin materiallarına əsasən ötən il kredit təşkilatları tərəfindən $3 mlrd. 406 mln. 108,7 min (2017-ci illə müqayisədə artım 93,6%) və 661 mln. 712,1 min avronun (artım 25,6%) satışı həyata keçirilib.
2018-ci ildə banklar əhalidən xarici valyutanın alış həcmini də artırıb. Xüsusilə banklar tərəfindən $2 mlrd. 37 mln. 197,1 min (artım 17,5%), 302 mln. 501,4 min avro (artım 48,1%) alınıb.
2018-ci ildə dolların orta mübadilə məzənnəsi 1,6999 AZN/$1 (2017-ci ildə 1,7145 AZN/$1), avronun - 2,0004 AZN/1EUR (2017-ci ildə 1,9672 AZN/1EUR) təşkil edib.
2017-ci ildə banklar dolların satışını 41,4%, alışını 32,3% azaldıb.*
Ə.Məmmədov