07.02.2019 13:16

Nazirlik: BTR-dən 40,5 mln. manat məbləğində kabel və digər əmlak oğurlanıb

“Bakı Telefon Rabitəsi” MMC-dən 40 min manatdan artıq məbləğində müxtəlif əmlakın oğurlanması halları baş verib. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnogiyalar Nazirliyindən bildirilib.

“BTR-in balansına daxil olan TPP tipli mis kabel və dəmir dirəklərlə yanaşı, kabel-kanal quyularının metal örtükləri oğurlanıb. Ümumilikdə törədilən oğurluq hadisələri zamanı BTR-ə 40 min 484,54 manat məbləğində maddi ziyan dəyib”, - məlumatda deyilir.

Oğurluq hadisələri BTR strukturuna daxil olan 4 saylı Rabitə Xidmətləri Mərkəzinin xidməti ərazilərində MMC-nin balansındakı kabel-kanal quyularında (KKQ) qeydə alınıb.

“Nəticədə abunəçilərə rabitə xidmətlərinin verilməsində fasilələr və kəsintilər baş verir, müəssisəyə isə maddi ziyan dəyir”, - nazirlikdən qeyd olunur.

Məlumatda vurğuilanır ki, 2018-ci ildən etibarən Sabunçu rayonunda qeydə alınan 80 cinayət hadisəsi üzrə 76-sı oğurluq, 4-ü oğurluğa cəhd kimi qiymətləndirilib.

Bu günlərdə paytaxtın Suraxanı rayonunda polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində daha bir kabel oğurluğu faktı aşkar edilib. 4 saylı Rabitə Xidmətləri Mərkəzinin xidməti ərazisində yerləşən kabel-kanal quyusundan 220 metr kabel oğurlayan şəxslər saxlanılıb. Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Alırzayev, Tovuz rayon sakinləri Xəqani Ələkbərov və Nicat Yusifov həbs olunublar. **

R.Babayev


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.