1 fevral 2019-cu il tarixinə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin (İB) abonentlərinin sayı 2 mln. 195,514 min təşkil edir. Bu barədə İB-nin saytında məlumat verilir.
“Cari ilin yanvar ayında İB-də əhali sektoru üzrə 10,479 min yeni abonent qeydiyyata alınıb ki, bunun da 4,904 mini Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 5,575 mini isə regionların payına düşüb”, - deyə məlumatda bildirilir.*
N.Abbasova