Azərbaycan prezidenti İlham Əliyev Goranboy rayonunda avtomobil yollarının tikintisi və yenidən qurulması məqsədilə dövlət büdcəsindən Avtomobil Yolları Dövlət Agentliyinə 21,3 mln. manat ayırmağı tapşırıb.
Qızılhacılı–Goranboy–Goran–Rəhimli–Veyisli–Qazanbulaq–Borsunlu avtomobil yolu otuz iki min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən ayrılacaq.
İ.Əliyevin müvafiq sərəncamı bazar ertəsi dövlət başçısının saytında dərc olunub. **
F.İsazadə